
Gələn ilin fevral ayından etibarən Rusiyada taxıl ixracına kvotalar tətbiq olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya hökuməti qərar qəbul edib.
Bildirilir ki, taxıl ixracına qoyulan məhdudiyyət 15 fevral - 30 iyun 2026-cı il tarixləri arasında qüvvədə olacaq və Avrasiya İqtisadi Birliyinin üzv ölkələrinə şamil edilməyəcək.
Avrasiya İqtisadi Birliyi xaricində Rusiyadan buğda, arpa və qarğıdalı ixracı üçün tarif kvotasının ümumi həcmi 20 milyon tondur.
Qeyd olunub ki, bu qərar Rusiya bazarında taxıl istehsalı və istehlakının proqnoz göstəriciləri nəzərə alınmaqla qəbul edilib.
Məlumat üçün bildirək ki, Rusiya Azərbaycanın əsas buğda tədarükçülərindən biridir. Bu ilin ilk 10 ayı ərzində Azərbaycan Rusiyadan 86,3 milyon dollar dəyərində 399,8 min ton buğda alıb. Azərbaycanın buğdaya olan tələbatının təxminən 1/5-i Rusiyadan təmin olunur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz