Dünyada və regionda mal ətinin ən baha və ən ucuz satıldığı ölkələr – Siyahı


Azərbaycanda 1 kiloqram mal ətinin orta qiyməti son bir ildə 6% bahalaşaraq 10,3 dollara (17,5 manat) yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat məşhur “Numbeo” portalında yer alıb.
Portalda yer alan məlumatlardan belə görünür ki, mal əti ötən ilin dekabr ayında olduğu kimi, bu ilin dekabr ayında da ən ucuz qiymətə Pakistanda satılır. Bu ölkədə mal ətinin 1 kiloqramı son bir ildə 50 sent bahalaşaraq 4,6 dollara bərabər olub.
Məlumat üçün bildirək ki, 103 ölkəni əhatə edən reytinq siyahısında mal ətinin ən baha qiymətə satıldığı ölkə kimi İsveçrə göstərilib. Verilən məlumata görə, İsveçrədə mal ətinin 1 kiloqramı son bir ildə 30 sent bahalaşaraq 46,6 dollara çatıb.
Onu da qeyd edək ki, mal ətinin qiyməti son bir ildə ən çox Rusiyada bahalaşıb. Bu ölkədə ətin qiyməti son bir ildə 45% artıb. Region ölkələri arasında mal ətinin qiyməti yalnız İranda ucuzlaşıb. Ermənistanda isə dəyişməz qalıb.
2024 və 2025-ci ilin dekabr aylarında dünyada mal ətinin ən baha və ən ucuz satıldığı 10 ölkə, həmçinin region ölkələrində mal ətinin 1 kiloqramının orta satış qiyməti aşağıdakı kimi olub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top