Benzema Pikassonun rəsmini aldı – Foto


“Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema ispan rəssamı Pablo Pikassonun 1964-cü ildə çəkdiyi “Saqqallı kişinin portreti” adlı rəsmini alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RMC Sport” portalı məlumat yayıb.
Futbolçu ispan rəssamın əsərinin fotosunu sosial şəbəkə hesablarında “Evinə xoş gəldin” başlığı ilə yayıb.
Rəsm əsəri 2025-ci ilin əvvəllərində Nyu-Yorkdakı art-diler Helli Naxmadın qalereyasında nümayiş etdirilib.
Əsərin satış qiyməti barədə məlumat verilməsə də, Pikassonun rəsmlərinin hərraclarda əsasən 1 milyon avrodan baha qiymətə satıldığı məlumdur.
Qeyd edək ki, hücumçu bu mövsüm “Əl-İttihad”ın heyətində bütün turnirlərdə 12 oyun keçirib və 11 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top