
“Bizə Qrenlandiya milli təhlükəsizlik baxımından lazımdır. Faydalı qazıntılar üçün deyil. Bizim o qədər faydalı qazıntı yataqlarımız və neftimiz var! Dünyanın hər hansı digər ölkəsindən daha çox neftimiz var. Milli təhlükəsizlik baxımından bizə Qrenlandiya lazımdır”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Florida ştatının Uest Palm Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsində jurnalistlərə açıqlamasında deyib.
“Qrenlandiyaya baxsanız, sahil boyu hər yerdə Rusiya və Çin gəmiləri var. Bu, bizə milli təhlükəsizlik üçün lazımdır. Bizdə olmalıdır”, - ABŞ prezidenti deyib.
Eyni zamanda, o, Danimarkanın adanın işlərindəki rolunu pisləyib. Tramp Kopenhagenin bu məqsədlər üçün lazımi vəsait ayırmadığı və Qrenlandiya üçün hərbi müdafiə təmin etmədiyi fikrini ifadə edib.
Tətbiqimizi yükləyə bilərsiniz