
“Bombardier” şirkəti tərəfindən kanadalı sahibkar Petrik Doviqi üçün xüsusi olaraq hazırlanan “Global 8000” təyyarəsi dünyanın ən sürətli mülki təyyarəsi olub.
Yeniavaz.com “Techkult” portalına istinadla xəbər verir ki, onun maksimal sürəti saatda 1134 km (0,95 Max) təşkil edir.
Əvvəllər ən sürətli mülki təyyarə 2434 km/saat (2,04 Max) sürətlə “Concorde” idi. Ancaq bu mülki təyyarələr 2003-cü ildə istismardan çıxarıldı.
Portala görə, yeni mülki təyyarə sürət baxımından ən yaxın rəqibi “Gulfstream 700”ü keçərək, saatda 1116 km (0.935 Max) maksimal sürətə çatıb.
Rekord sürətə əlavə olaraq, “Global 8000” 12 000 m hündürlükdə 14 800 km məsafəyə uça bilir. Bu göstərici də ən uzaq mənzilli biznes təyyarəsi üçün rekord hesab olunur.
“Global 8000” yeni nəsil qanad və qanad ucluğu dizaynına malikdir və bu da ona yüngül qırıcı təyyarə ilə müqayisə edilə bilən uçuş və eniş imkanı verir.
Tətbiqimizi yükləyə bilərsiniz