
Bu ilin ilk 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən 344 milyon 206,6 min dollar dəyərində 1 milyon 81 min 332 ədəd smartfon gətirilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə idxal edilən smartfonların miqdarı 7,3% və ya 84 min 953 ədəd azalıb.
Məlumat üçün qeyd edək ki, bu ilin ilk 10 ayında idxal olunan smartfonların sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalsa da, dəyəri 14% bahalanıb. Belə ki, idxal olunan smartfonların 1 ədədinin orta gömrük dəyəri bu ilin ilk 10 ayında 318 dollar (541 manat) olduğu halda, ötən ilin eyni dövründə 278 dollar (475 manat) olub.
Azərbaycana smartfonlar ən çox Çindən gətirilib. Bu ölkədən Azərbaycana bu ilin ilk 10 ayında 863 min 707 ədəd smartfon idxal olunub. Ən az smartfon isə ABŞ və Bolqarıstandan gətirilib. Yanvar-oktyabr aylarında bu ölkələrin hər birindən cəmi 1 ədəd smartfon idxal edilib.
Bu ilin ilk 10 ayında idxal edilən smartfonların ölkələr üzrə miqdarı və 1 ədədinin orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
Çin – 863 707 ədəd (304 dollar)
Vyetnam – 205 315 ədəd (364 dollar)
Hindistan – 11 439 ədəd (582 dollar)
İndoneziya – 606 ədəd (278 dollar)
Koreya – 230 ədəd (120 dollar)
Yaponiya – 20 ədəd (1 125 dollar)
Birləşmiş Ərəb Əmirlikləri – 7 ədəd (301 dollar)
Meksika – 3 ədəd (103 dollar)
Almaniya – 3 ədəd (2 077 dollar)
ABŞ – 1 ədəd (230 dollar)
Bolqarıstan – 1 ədəd (110 dollar)
Onu da bildirək ki, ABŞ-nin “Apple” şirkəti bu ilin sentyabr ayının 9-da yeni “iPhone 17” smartfonlarını təqdim edib. Sentyabr ayının sonunda isə “iPhone 17” smartfonlarının Azərbaycanda satışına başlanılıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz