
Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "GAMA Enerji" şirkəti ilə müqavilə bağlayaraq “Gama Enerji İç Anadolu” elektrik stansiyasını satın alıb.
Yeniava.com xəbər verir ki, saziş bu gün keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində rəsmiləşdirilib.
Razılaşmaya əsasən, gücü 870 meqavat olan elektrik stansiyasının səhmlərinin 100%-i SOCAR-ın mülkiyyətinə keçəcək.
Sövdələşmənin ümumi məbləği 225 milyon dollar həcmində qiymətləndirilir.
Tətbiqimizi yükləyə bilərsiniz