“Rusiya hərbçiləri 52 sakinimizi əsir götürüb” − Zelenski


“Rusiya silahlı qüvvələri Ukraynanın Sumı vilayətinin Qrabovskoye kəndinə daxil olaraq 52 yerli sakinin hamısını əsir götürüb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
Onun sözlərinə görə, kənddə Rusiya ilə sərhəddə yerləşən kəndi boşaltmaqdan imtina edən dinc sakinlər, Ukrayna vətəndaşları olub. Zelenski qeyd edib ki, yerli sakinlərdən 17-18 nəfəri çağırış yaşında olan oğlanlar, qalanları isə qadın və uşaqlardır:
“Bu 52 nəfər orada yaşayırdı, köçmürdülər və müvafiq olaraq Rusiya ərazisində olanlarla bir növ dialoq və ya münasibətləri var idi. Və bu insanlar uzun illərdir ki, belə yaşayırlar. Məncə, onlar sadəcə olaraq, “rus” əsgərlərinin içəri girib onları əsir götürməsini gözləmirdilər. Belə də oldu”.

DİGƏR XƏBƏRLƏR

Top