
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə Ermənistanla Azərbaycan arasında sülh prosesinə yardım etdiyinə görə təşəkkür edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Sankt-Peterburqda keçirilən görüşdə Rusiya prezidentinə deyib.
Putinlə görüşü zamanı Paşinyan qeyd edib ki, Cənubi Qafqazda çox mühüm və müsbət irəliləyişlər baş verir:
“Ermənistan və Azərbaycan arasında sülh prosesinə verdiyiniz dəstəyə görə sizə təşəkkür etmək istərdim. Avqustun 8-dən sonra telefon danışığımızda müzakirə etdiyimiz kimi, əldə olunmuş sülh Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açacaq”.
O, həmçinin Rusiyadan Ermənistana gedən qatarların Azərbaycandan keçdiyi üçün Ermənistanla Azərbaycan arasında sülhün artıq gəldiyinə əminliyini ifadə edib:
“Düşünürəm ki, bu, həqiqətən də tarixi hadisədir. Və artıq qeyd etdiyiniz kimi, yeni imkanlar açılır”.
Tətbiqimizi yükləyə bilərsiniz