
Bir qrup aktivist haker “Spotify”ın musiqi kitabxanasını sındıraraq xidmətin milyonlarla audio faylını ələ keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Billboard” məlumat yayıb.
Hakerlər “Anna's Archive” bloqunda açıqlayıblar ki, onlar 86 milyon trek və 256 milyon sətir metaməlumat əldə ediblər. İndi onlar məzmunu torrent vasitəsilə yaymağı planlaşdırırlar.
“Spotify” metaməlumatların oğurlandığını və hakerlərin platformadakı bəzi audio fayllarına giriş əldə etdiyini təsdiqləyib.
Qeyd edək ki, “Spotify”da 100 milyondan çox trek, yeddi milyona yaxın podkast və təxminən 350.000 audiokitab var.
Tətbiqimizi yükləyə bilərsiniz