Limon Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı


Bu ilin yanvar ayı ilə müqayisədə ötən ay marketlərdə satılan limon 29% bahalaşıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar ayında limonun 1 kiloqramının orta qiyməti marketlərdə 3 manat 9 qəpik olduğu halda, ötən ay 3 manat 98 qəpiyə kimi yüksəlib.
Qeyd edək ki, bahalaşma həm yerli, həm də idxal limonun qiymətində müşahidə olunub. Son 11 ayda yerli limonun 1 kiloqramının orta qiyməti 2,88 manatdan 3,72 manata, idxal limonun 1 kiloqramının orta qiyməti isə 3,36 manatdan 4,17 manata yüksəlib.
Məlumat üçün bildirək ki, bu ilin ilk 10 ayı ərzində xarici ölkələrdən Azərbaycana 18 min 912,3 ton limon idxal edilib. İdxal olunan limonun 1 kiloqramının orta gömrük dəyəri 94 sent (1,60 manat) olub.
Bu ilin ilk 10 ayında Azərbaycan limonu aşağıdakı ölkələrdən idxal edib:
Türkiyə – 12 239,91 ton (1 kiloqramının orta gömrük dəyəri 1,28 manat)
Cənubi Afrika Respublikası – 5 131,02 ton (2,22 manat)
Argentina – 652,59 ton (2,29 manat)
İran – 381,74 ton (1,28 manat)
Çin – 263,35 ton (2,20 manat)
Zimbabve – 88,12 ton (2,12 manat)
Braziliya – 83,89 ton (3,49 manat)
Misir – 43,47 ton (2,13 manat)
Botsvana – 26,35 ton (2,12 manat)
Meksika – 1,66 ton (3,49 manat)
Vyetnam – 0,23 ton (6,87 manat)

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top