
Ukraynada Prezident Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Sergey Leşşenko vəzifəsindən azad edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ukrayna xəbərləri” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Andrey Yermak Prezident Administrasiyasının rəhbəri vəzifəsindən istefa verdikdən sonra bütün köməkçilər və məsləhətçilər işdən çıxarılıb.
Ukrayna liderinin administrasiyası nəşrə bildirib ki, ofis rəhbərinin işdən çıxarılması ilə əlaqədar olaraq, ofis rəhbərinin köməkçiləri və məsləhətçiləri də (həm tam ştat, həm də yarımştat) vəzifələrindən azad ediliblər.
Tətbiqimizi yükləyə bilərsiniz