
Bu ilin ilk 10 ayı ərzində Azərbaycan xarici ölkələrə 1 828,3 ton xiyar ixrac edib.
Yeniavaz.com xəbər verir ki, ixrac olunan xiyarın 1 kiloqramının orta gömrük dəyəri 88 sent (1,5 manat) təşkil edib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə xiyarın ixracı 57 ton az olub. İxrac olunan xiyarın orta gömrük dəyəri isə 30 qəpik aşağı düşüb. Belə ki, ötən ilin ilk 10 ayı ərzində ixrac olunan xiyarın 1 kiloqramının orta gömrük dəyəri 1,05 dollar (1,80 manat) olub.
Məlumat üçün bildirək ki, xiyar Azərbaycandan əsasən Rusiyaya ixrac edilib. Bu ilin ilk 10 ayında Rusiyaya isə 1 712,2 ton xiyar göndərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyaya satılan xiyarın miqdarı 149 ton azalıb. Rusiyaya satılan xiyarın orta gömrük dəyəri isə ötən ilin ilk 10 ayında 1,03 dollar (1,75 manat) olduğu halda, bu ilin eyni dövründə 87 sentə (1,48 manat) düşüb.
Onu da qeyd edək ki, eyni dövrdə Azərbaycandan Ukraynaya 38,2 ton (bir kiloqramı 1,33 manat), Gürcüstana 78,6 ton (1,25 manat), Səudiyyə Ərəbistanına isə 1,25 ton (29,6 manat) xiyar satılıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz