Dünyanın ən böyük valyuta ehtiyatlarına malik 20 ölkəsi – Siyahı


Mərkəzi Banklar tərəfindən saxlanılan valyuta və qızıl ehtiyatları ölkələrin maliyyə sabitliyinin əsas dayaqlarından biri hesab olunur.
Yeniavaz.com
xəbər verir ki, bu ehtiyatlar dövlətləri xarici iqtisadi şoklardan, valyuta bazarındakı kəskin dalğalanmalardan, qlobal böhranlardan və pandemiya kimi fövqəladə hallardan qorumaq üçün mühüm rol oynayır.
Adətən, Mərkəzi Bankların ehtiyatlarına xarici valyuta, bank depozitləri, qiymətli kağızlar və qızıl daxildir. Son illər xüsusilə qızıl ehtiyatlarının artırılması tendensiyası müşahidə olunur.
Dünyanın ən böyük valyuta ehtiyatlarına malik 20 ölkənin siyahısını təqdim edirik:
Çin – 3,5 trilyon dollar
Yaponiya – 1,2 trilyon dollar
ABŞ – 910 milyard dollar
İsveçrə – 909 milyard dollar
Hindistan – 643 milyard dollar
Rusiya – 598 milyard dollar
Səudiyyə Ərəbistanı – 460 milyard dollar
Almaniya – 420 milyard dollar
Cənubi Koreya – 418 milyard dollar
Braziliya – 355 milyard dollar
Fransa – 330 milyard dollar
İtaliya – 315 milyard dollar
Sinqapur – 307 milyard dollar
Böyük Britaniya – 298 milyard dollar
Türkiyə – 292 milyard dollar
Tayvan – 285 milyard dollar
Honq Konq – 280 milyard dollar
İspaniya – 275 milyard dollar
Meksika – 210 milyard dollar
Tailand – 205 milyard dollar
Müqayisə üçün qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının ehtiyatları 11,4 milyard dollar təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top