
2025-ci ilə sonuna qədər dünya ölkələrinin dövlət borcu 111 trilyon dollar təşkil edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) məlumat yayıb.
Qeyd olunur ki, qlobal dövlət borcunun 1/3-dən çoxu ABŞ-nin payına düşür.
Bildirilir ki, bir qayda olaraq, inkişaf etmiş ölkələr ən böyük borca malikdirlər və bu ölkələr xarici borcdan iqtisadi artımı stimullaşdırmaq üçün istifadə edirlər.
Ən çox borcu olan 10 ölkənin siyahısını təqdim edirik:
1. ABŞ - 38,5 trilyon dollar
2. Çin - 18,7 trilyon dollar
3. Yaponiya - 9,8 trilyon dollar
4. Böyük Britaniya - 4,1 trilyon dollar
5. Fransa - 3,9 trilyon dollar
6. İtaliya - 3,5 trilyon dollar
7. Hindistan - 3,4 trilyon dollar
8. Almaniya - 3,3 trilyon dollar
9. Kanada - 2,6 trilyon dollar
10. Braziliya - 2 trilyon dollar
Müqayisə üçün bildirək ki, Azərbaycanın dövlət borcu 25,9 milyard dollardır ki, bu da ölkənin ÜDM-nin 19,5%-ni təşkil edir. Ümumi dövlət borcunun 8,3 milyard manatı (4,9 milyard dollar) və ya 32,8%-i xarici dövlət borcunun, 17 milyard manatı və ya 67,2%-i daxili dövlət borcunun payına düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz