MDB-də ən hündür yolka harada quraşdırılıb? – Siyahı


Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrin paytaxtları arasında ən hündür yolka Aşqabadda quraşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, Türkmənistanın paytaxtında quraşdırılan yolka regionun ən iri bayram qurğularından biri kimi təqdim olunur. Aşqabadda quraşdırılan ölkənin əsas yolkasının hündürlüyü 44 metr olub. Bu göstərici ilə Aşqabad MDB paytaxtları arasında ən hündür mərkəzi yolkaya sahib olub.
MDB ölkələrində quraşdırılan əsas yolkaların hündürlüyü aşağıdakı kimi olub:
Aşqabad (Türkmənistan) – 44 metr
Daşkənd (Özbəkistan) – 35 metr
Bişkek (Qırğızıstan) – 35 metr
Yerevan (Ermənistan) – 35 metr
Düşənbə (Tacikistan) – 30 metr
Minsk (Belarus) – 30 metr
Moskva (Rusiya) – 26 metr
Astana (Qazaxıstan) – 25 metr
Qeyd edək ki, bu il üçün paytaxt Bakıda əsas yolkanın harada quraşdırılacağı və hündürlüyünün neçə metr olacağı barədə məlumat açıqlanmayıb. Ötən illərdə Bakıda quraşdırılan əsas yolkanın hündürlüyü təxminən 30–35 metr arasında dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top