
Azərbaycan Premyer Liqasında XVI turun növbəti qarşılaşması baş tutub.
Yeniavaz.com xəbər verir ki, günün ilk oyununda “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 6-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Prins Ovusu açıb. “Qarabağ”ın heyətində isə 27-ci dəqiqədə Bədavi Hüseynov, 79-cu dəqiqədə Marko Yankoviç fərqlənərək komandalarına qələbə qazandırıblar.
Qeyd edək ki, Bədavi Hüseynov sonuncu dəfə Azərbaycan çempionatında 2020/2021 mövsümündə “Keşlə”nin qapısına qol vurub.
Bu nəticədən sonra xallarını 36-ya yüksəldən “Qarabağ” turnir cədvəlinin lideri mövqeyində qərarlaşıb. “Qəbələ” isə 8 xalla 11-ci pillədə yer alır.
Tətbiqimizi yükləyə bilərsiniz