
Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb.
Yeniavaz.com Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadla xəbər verir ki, bu Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində mümkün olub.
“Mazımqara gömrük postunda Türkiyədən Azərbaycana günəbaxan yağı yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yükə gömrük yoxlaması tətbiq edilib.
Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 83 min ədəd dərman və tibbi vasitələr aşkar olunub.
Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz