
ABŞ beynəlxalq sularda ikinci tankerin ələ keçirildiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu, ABŞ Prezidenti Donald Trampın Venesuelaya daxil olan və ya oradan çıxan bütün neft tankerlərinin “blokadasını” elan etməsindən bir neçə gün sonra baş verib.
ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem sosial media hesabınbda gəminin ətrafında helikopterlərin dövrə vurduğunu göstərən video paylaşıb.
“ABŞ Sahil Mühafizəsi Müdafiə Nazirliyinin dəstəyi ilə Venesuelada sonuncu dəfə görülən bir neft tankerini ələ keçirdi. Amerika Birləşmiş Ştatları bölgədə narkoterrorizmi maliyyələşdirmək üçün istifadə edilən sanksiyalı neftin qanunsuz daşınmasına qarşı mübarizəni davam etdirəcək. Sizi tapıb dayandıracağıq”, - deyə Noem bildirib.
Qeyd edək ki, bu, ABŞ-nin son həftələrdə ələ keçirdiyi ikinci tankerdir.
WATCH: The U.S. Coast Guard seized a second oil tanker off the coast of Venezuela on Saturday morning with the support of the Department of War, Secretary Noem said. pic.twitter.com/1n4NiGRqSn
— Fox News (@FoxNews) December 20, 2025
Tətbiqimizi yükləyə bilərsiniz