
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın İstanbulda Fələstinin HƏMAS hərəkatının nümayəndələri ilə görüş keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TRT təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, görüşün əsas mövzusu Qəzza sülh planının ikinci mərhələsinin həyata keçirilməsi olub.
HƏMAS tərəfində danışıqlarda iştirak edən nümayəndə heyətinə HƏMAS siyasi bürosunun üzvü Xəlil əl-Heya rəhbərlik edib.
Mənbə qeyd edib ki, HƏMAS atəşkəs rejiminə əməl etdiyini bəyan edib və İsrail tərəfinin yol verdiyi pozuntular barədə məlumat verib:
“Türkiyənin qarant ölkə kimi Qəzzada atəşkəs rejiminə əməl olunmasının təmin edilməsi istiqamətində intensiv səyləri vurğulanıb. Bundan başqa, İsrail tərəfindən növbəti pozuntuların qarşısının alınması üçün atılan addımlar qiymətləndirilib. Qəzza sülh planının ikinci mərhələsinə keçid üçün lazımi şəraitin yaradılması və mövcud problemlərin həlli ilə bağlı məsləhətləşmələr aparılıb”.
Tətbiqimizi yükləyə bilərsiniz