Ən yaxşı krossoverlər açıqlandı


“TopSpeed” ​​​​portalı səkkiz nəfərlik ən yaxşı 10 krossoverin reytinqini tərtib edib.
Yeniavaz.com
xəbər verir ki, siyahıda birinci yeri 3,6 litrlik V6 mühərriki və səkkiz pilləli avtomatik transmissiya ilə təchiz olunmuş 2026-cı il istehsalı “Hyundai Palisade” tutub. Geniş salon və tutumlu baqaj bölməsi var.
İkinci yerdə 2026-cı il istehsalı “Kia Telluride” qərarlaşıb. Bu model də geniş salonu və böyük baqaj bölməsi ilə fərqlənir. Onun mühərriki və transmissiyası ən yüksək reytinqli modelin mühərriki və transmissiyası ilə eynidir.
Üçüncü yer isə 2026-cı il istehsalı “Toyota Grand Highlander” tutub.
Ən yaxşı 10 səkkiz nəfərlik krossover siyahısına “Mazda CX-90”, “Cadillac Escalade”, “GMC Yukon”, “Chevrolet Suburban”, “Chevrolet Tahoe”, “Honda Pilot” və “Toyota Sequoia” da daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top