
Çoxmərtrəbəli yaşayış binaları bundan sonra yeni qaydalarla tikiləcək. Söhbət hündürlüyü 200 metrdən çox olan binalardan gedir.
Yeniavaz.com “Xəzər TV”yə istinadla xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi ilə bağlı qaydaları təsdiqləyib. Bu normalar hündürlüyü 75 metrə qədər, 75 metrdən 200 metrə qədər və 200 metrdən çox olan binalar üçün nəzərdə tutulub.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, hazırda paytaxda istifadə müddəti bitmiş 11 minə yaxın yaşayış binası və 1500-yə qədər qəzalı bina var. 2040-cı ilə qədər köhnə binaların sökülməsi nəzərdə tutulur. Yerində binalar tikilərkən yeni təsdiq edilən qaydalara uyğun tikiləcək.
Bəs bu addım evlərin qiymətinə necə təsir edəcək?
Ekspert hesab edir ki, evlərin qiyməti mərtəbələrinə və görünüşünə görə dəyişə bilər.
Elnur Fərzəliyev onu da əlavə etdi ki, belə hündürlükdə binalar gələcəkdə az sayda tikiləcək ki, burda da mənzillərin kvadratmetri 7-10 min manat civarında dəyişə bilər.
Daha ətraflı videomaterialda...
Tətbiqimizi yükləyə bilərsiniz