
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən amerikalı rejissor və aktyor Rob Raynerin oğlunun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə TMZ mənbələrə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, Nik Raynerə xəstəlik diaqnozu qoyulub və o, psixiatrın nəzarəti altında olub:
“Raynerin evindəki insidentdən üç-dörd həftə əvvəl həkimlər onun dərmanlarını dəyişib. Bundan sonra onun vəziyyəti daha da qeyri-stabil olub. Həkimlər dozanı tənzimləməyə çalışıb, lakin bu, təsirsiz olub”.
Qeyd edək ki, daha əvvəl “People” jurnalı mənbələrə istinadən bildirib ki, 78 yaşlı Rob Rayner və onun həyat yoldaşı Los-Ancelesdə, Kaliforniyadakı evlərində oğulları Nik tərəfindən öldürülüb. Nəşrin məlumatına görə, 2016-cı ildə Nik Rayner yeniyetməlik illərindən narkotik vasitələrdən istifadə etdiyini etiraf edib.
Tətbiqimizi yükləyə bilərsiniz