Qvardiola mövsümün sonunda “Mançester Siti”dən gedəcək?


“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola cari mövsümün sonunda klubu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, daha əvvəl Enzo Mareskanın ispan baş məşqçini əvəzləyəcəyi barədə məlumat yayılıb. 
“Son üç-dörd il ərzində mənə daim bu sual verilir. Gec-tez, bəlkə də 75 və ya 76 yaşım olanda “Siti”ni tərk edəcəm. Sualı başa düşürəm, amma müqaviləmin bitməsinə 18 ay qalıb və buna çox şadam. Bu sual hər mövsüm verilir və bu mənim üçün yaxşıdır. Baş verənlər olacaq və klub hər şeyə hazır olmalıdır, amma hazırda bu məsələ masada deyil. 10 illik və ya altı aylıq müqaviləm olsa belə, futbol çox dəyişir. Hazırda bütün diqqətimi “Vest Hem” matçına yönəltmişəm, sonra bir neçə gün atamla qolf oynayacağam, bu qədər”, – Qvardiola deyib.
Qeyd edək ki, 54 yaşlı mütəxəssis 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun müqaviləsi 2026/2027 mövsümünün sonuna kimidir.

DİGƏR XƏBƏRLƏR

Top