Azərbaycandan Qırğızıstana göndərilən yarım milyonluq avtomobillər necə “yoxa çıxır”?


Bu ilin ilk 10 ayı ərzində Azərbaycandan Qırğızıstana 44 ədəd minik avtomobili göndərilib.
Yeniavaz.com
Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, bu avtomobillərin ümumi gömrük dəyəri 9 milyon 181,5 min dollar olub.
Məlumat üçün bildirək ki, bunlar daha çox mühərrikinin həcmi 3000 kub sm-dən çox olan avtomobillər olub. Belə ki, bu ilin ilk 10 ayı ərzində Azərbaycandan Qırğızıstana 24 ədəd bu cür minik avtomobili ixrac olunub və bir ədəd belə avtomobilin orta gömrük dəyəri 322,5 min dollar (548 min manat) təşkil edib.
Qeyd edək ki, apardığımız araşdırma Qırğızıstana göndərilən avtomobillərin bu ölkəyə gedib çatmadığını göstərir.
Qırğızıstanın rəsmi qurumlarının verdiyi məlumata görə, bu ilin ilk 10 ayı ərzində Qırğızıstana Azərbaycandan cəmi 1 ədəd minik avtomobili gətirilib və onun da gömrük dəyəri 30,5 min manat olub.
Qeyd edək ki, iki ölkənin açıqladığı məlumatlar arasındakı uyğunsuzluğun ehtimal olunan səbəbi kimi minik avtomobillərinin Rusiyaya aparılması ola bilər.
Ehtimal etmək olar ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınmaq üçün Azərbaycandan satın alınan bahalı minik avtomobillərinin son təyinat nöqtəsi kimi Qırğızıstan göstərilir. Lakin bu avtomobillər Qırğızıstana deyil, Rusiyadakı müştərilərə çatdırılır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top