Əlil arabasında kosmosa uçacaq


Amerikanın “Blue Origin” şirkəti ilk dəfə olaraq, əlil arabasında olan şəxsi suborbital uçuş heyətinə daxil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında öz əksini tapıb.  
Məlumata görə, “New Shepard” raketinin 20 dekabrda Texasdakı buraxılış məntəqəsindən buraxılması planlaşdırılır.
2018-ci ildə onurğa beyni zədəsi alan Avropa Kosmik Agentliyinin mühəndisi Mikaela Benthausla birlikdə raketdə daha beş nəfər uçacaq.
Uçuş zamanı heyətlə birlikdə kapsul 100 km yüksəklikdə yerləşən ənənəvi kosmos sərhədi olan Karman xəttini keçəcək və paraşüt sistemi vasitəsilə Yerə qayıdacaq.
Qeyd edək ki, “Blue Origin” milyarder, iş adamı Ceff Bezos tərəfindən təsis edilib. Şirkət kosmik turizm bazarında biletlərinin qiyməti 600 min dollar olan “Virgin Galactic” şirkəti ilə rəqabət aparır. İndiyə qədər “New Shepard” kosmik gəmisində təxminən 80 nəfər uçub.

DİGƏR XƏBƏRLƏR

Top