
Çinin dünyanın ən böyük elektrik avtomobilləri batareyaları istehsalçısı “Contemporary Amperex Technology (CATL)” istehsal xəttində insanabənzər robotlardan istifadə etməyə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, “Spirit AI” tərəfindən hazırlanan “Xiaomo” robotları montaj xəttində yüksək gərginlikli batareya konnektorlarını birləşdirir.
Prosesin bu hissəsi zavodda ən təhlükəli hissələrdən biri hesab olunur.
CATL-ə görə, robotların istifadəsi sayəsində bir növbədə yığılan batareyaların sayı üç dəfə artıb.
Qeyd edək ki, Çində robototexnikanın inkişafı işçi qüvvəsi çatışmazlığının aradan qaldırılmasına və istehsal imkanlarının genişləndirilməsinə kömək edir. Belə ki, təkcə keçən il Çin fabriklərində təxminən 295 min sənaye robotu quraşdırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz