“Green card” udanlara bəd xəbər – Tramp proqramı dayandırdı


ABŞ Prezidenti Donald Tramp “green card” lotereya proqramını dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bunu daxili təhlükəsizlik naziri Kristi Noem “X” sosial platformasında yazıb.
O bildirib ki, Trampın tapşırığı ilə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə proqramın dayandırılması barədə göstəriş verib.
K. Noemin sözlərinə görə, Tramp bu addımı “green card” lotereya proqramının Braun Universiteti və MIT-də baş verən atışmalarda şübhəli bilinən şəxsin ABŞ-yə gəlməsinə imkan yaratmasına görə atıb.
“Bu dəhşətli şəxs heç vaxt ölkəmizə buraxılmamalı idi”, – deyə o, Portuqaliya vətəndaşı Klaudio Neves Valente barədə bildirib.
Qeyd edək ki, 48 yaşlı Neves Valente Braun Universitetində iki tələbənin ölümü və doqquz nəfərin yaralanması ilə nəticələnən atışmada, həmçinin MIT professorunun qətlə yetirilməsində şübhəli bilinir. Rəsmi şəxslərin bildirdiyinə görə, o özünü güllələyib və ölü tapılıb.

DİGƏR XƏBƏRLƏR

Top