
“İran Amerika ilə danışıqlar aparırdı və razılığa gəlməyə hazır idi, lakin onlar müharibə ilə razılaşmanı pozdular”.
Yeniavaz.com xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasının siyasi elitası ilə “Milli birliyə nail olmağın həlli yolları və çətinliklərin aradan qaldırılması yolları” mövzusuna həsr olunan görüşündə deyib.
Pezeşkian hökumətin xarici siyasətdəki fəaliyyətini təsvir edərkən, İran əleyhinə sanksiyalar məsələsinə toxunub:
“İndi onlar danışıqların davam etdirilməsi üçün alçaldıcı şərtlər təklif edirlər, mən bunu qəbul etməyə hazır deyiləm. Biz təhqirlərə dözməyəcəyik və zəif və parçalanmış İranı qəbul etməyəcəyik. İran İslam Respublikası münaqişəyə can atmır. Biz dəfələrlə bəyan etmişik ki, biz nüvə bomba yaratmağa çalışmırıq və hər hansı yoxlamaya hazırıq, lakin qarşı tərəf... ölkəni sionist rejim qarşısında zəiflətməyə çalışır. Biz sülhə can atırıq, lakin hədə-qorxu gəlməyi qəbul etmirik”.
Tətbiqimizi yükləyə bilərsiniz