ABŞ-nin Bakıdakı səfirliyi mebel, xalça və digər malları satışa çıxarıb – Fotolar


ABŞ-nin Bakıdakı Səfirliyi istifadə edilmiş məişət mebeli, avtomobil və müxtəlif əşyalar üzrə internet üzərindən (onlayn) hərrac keçirir.
Yeniavaz.com
xəbər verir ki, hərrac 19 dekabr saat 10:00-da başlayır və 22 dekabr saat 12:00-da bağlanır.
Məlumat üçün bildirək ki, hərraca ümumilkdə 30 lot üzrə mallar çıxarılıb.
Onu da bildirək ki, hərraca çıxarılan malların ilkin qiyməti orta bazar qiymətlərindən aşağıdır. Məsələn, iki və üç yerlik 2 ədəd divan, künc masası, divan yanı kiçik masa, kofe masası, 2 ədəd lampa, 2 ədəd kitabşkafına cəmi 300 manat qiymət qoyulub. Yaxud, 2 ədəd kitabşkafı, 2 ədəd kreslo, kamod, 2 ədəd lampa və divan yanı kiçik masanın birlikdə qiyməti 200 manat təşkil edir. Bunlardan başqa səfirlik cəmi 50 manata müxtəlif ofis mebellərini hərraca çıxarıb.
Dondurucu (GE FUG21DBRWW), paltar yuyan (BOSCH WAK24210ME), paltar qurudan (BOSCH WTB86210BY) və mikrodalğalı soba (GE JEI1044WGSS) isə birlikdə 300 manata hərrac vasitəsi ilə satışa çıxarılıb.  Səfirlik, həmçinin 9 ədəd xalçanın ilkin satış qiymətini 300 manat müəyyən edib.




Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top