
“Amazon MGM Studios” ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp haqqında çəkilən “Melaniya” filminin ilk treylerini yayımlayıb.
Yeniavaz.com xəbər verir ki, treyler Melaniya Trampın Donald Trampın ikinci andiçmə mərasimindən əvvəl ABŞ-nin Kapitoliyə daxil olması ilə açılır.
O, kameraya baxır və “Biz yenə burdayıq” deyir.
Filmin dünya miqyasında kinoteatrlarda nümayişi yanvarın 30-da planlaşdırılır. “Amazon” gələcəkdə “Prime” servisində serial buraxmağı planlaşdırır.
Qeyd edək ki, “Amazon” tərəfindən buraxılacaq filmin yaradıcısı və prodüseri Melaniya Trampdır. O, filmin ideyasını ilk dəfə 2024-cü ilin noyabrında, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra düşünüb. “Fox News”un məlumatına görə, “Disney”, “Netflix” və “Paramount” filmə eksklüziv hüquqlar uğrunda mübarizə aparsalar da, “Amazon” və “MGM” ən yüksək qiymət təklif edənlər olub - 40 milyon dollar.
Tətbiqimizi yükləyə bilərsiniz