“YouTube” 2029-cu ildən “Oskar” mükafatlarını yayımlayacaq

“oskar”ın növbəti təqdimat tarixi məlum oldu
“YouTube” 2029-cu ildən 2033-cü ilə qədər “Oskar” mükafatlandırma mərasimini yayımlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kino Sənətləri və Elmləri Akademiyası məlumat yayıb.
Bildirilib ki, Akademiya və “YouTube” video xidmətinə “Oskar”, qırmızı xalça, pərdəarxası məzmun və “Governors Ball”un yayımlanması üçün eksklüziv qlobal hüquqlar verən müqavilə imzalayıb.
Yayım bütün dünyada “YouTube”da və ABŞ-dəki “YouTube TV” abunəçiləri üçün pulsuz olacaq.
Qeyd edək ki, son 50 ildir ki, Akademiya Mükafatlarının təqdimetmə mərasimi “The Walt Disney” şirkətinə məxsus ABC şəbəkəsi tərəfindən yayımlanır. 2028-ci ildə 100-cü Oskar mükafatlandırma mərasimi “Disney” ilə razılaşmaya əsasən yayımlanacaq sonuncu tədbir olacaq.

DİGƏR XƏBƏRLƏR

Top