
ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra ilk səlahiyyət müddətinin bütün dörd ilində (2017-2021) olduğundan daha çox icra sərəncamı imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.
Qeyd olunur ki, Trampın dekabrın 15-də imzaladığı opioid fentanili kütləvi qırğın silahı kimi təyin edən sərəncam onun vəzifəyə başlamasından bəri 221-ci sərəncamdır. 2017-ci ildən 2021-ci ilə qədər olan ilk prezidentlik dövründə Tramp 220 sərəncam imzalayıb.
İkinci prezidentliyinin bir ildən az müddətdə Tramp iqtisadiyyat, hüquq və mədəniyyət də daxil olmaqla müxtəlif sahələri əhatə edən sərəncamlar imzalayıb. Qəzet qeyd edir ki, bunların az qala dörddə biri iqtisadiyyat və ticarət siyasəti ilə bağlı olub. Prezident öz sərəncamları ilə idxal tarifləri tətbiq edib, immiqrasiya qanunlarına düzəlişlər edib, xarici yardımı məhdudlaşdırıb və orduda islahatlar aparıb. Üstəlik, ikinci müddətinin əvvəlində Tramp keçmiş prezident Co Bayden tərəfindən verilmiş onlarla icra sərəncamını ləğv etdi və ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarılması, doğuşdan vətəndaşlığın məhdudlaşdırılması və federal səviyyədə ölüm cəzasının bərpası ilə bağlı sənədləri imzalayıb.
Tətbiqimizi yükləyə bilərsiniz