Fransaya satdığımız neft 3 dəfə artıb, qiymət isə aşağı düşüb – Ölkələr üzrə siyahı


Bu ilin ilk 11 ayı ərzində Azərbaycan xarici ölkələrə 11 milyard 514,9 milyon dollar dəyərində 22 milyon 132,4 min ton xam neft ixrac edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın xaricə satdığı xam neftin 1 tonunun orta statistik dəyəri təxminən 520 dollar olub.
Xam neft miqdar baxımından ən çox İtaliyaya, ən az isə Gürcüstana ixrac edilib.
Qiymət baxımından isə xam neft ən baha Danimarkaya, ən ucuz Gürcüstana satılıb.
Belə ki, Danimarkaya satılan xam neftin 1 tonunun statistik dəyəri təxminən 564 dollar, Gürcüstana satılan xam neftin 1 tonunun statistik dəyəri isə təxminən 413 dollar təşkil edib.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 11 ayında Azərbaycandan Fransaya ixrac olunan xam neftin miqdarı 3 dəfədən çox artıb. Əgər 2024-cü ilin ilk 11 ayında Fransaya cəmi 89,8 min ton xam neft ixrac edilmişdisə, 2025-ci ilin eyni dövründə bu rəqəm 281 min tona çatıb.
Ən ciddi azalma isə Hindistana ixracda müşahidə olunub. 2024-cü ilin ilk 11 ayında Hindistana 1 milyon 168 min ton xam neft ixrac edildiyi halda, 2025-ci ilin ilk 11 ayında bu göstərici 250 min tona enib.
Qiymət baxımından ən böyük azalma da Fransaya satılan neftdə qeydə alınıb. Belə ki, 2024-cü ildə Fransaya satılan xam neftin bir tonunun orta qiyməti təxminən 636 dollar olduğu halda, 2025-ci ildə bu göstərici 509 dollara düşüb.
Xaricə satılan xam neftin miqdarı və statistik dəyəri ölkələr üzrə aşağıdakı kimi olub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top