Bu il Azərbaycanda 785 milyon qutu siqaret istehsal olunub


Bu ilin yanvar–noyabr aylarında Azərbaycanda 15 milyard 700,4 milyon ədəd siqaret istehsal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə siqaret istehsalında 15,3% artım qeydə alınıb.
Bir qutuda 20 ədəd siqaretin olduğunu nəzərə alsaq, o zaman 11 ay ərzində ölkədə təxminən 785 milyon qutu siqaret istehsal olunub.
Məlumat üçün bildirək ki, bu ilin ilk 10 ayı ərzində Azərbaycandan xarici ölkələrə 2 milyard 379,1 milyon ədəd (təxminən 119 milyon qutu) siqaret ixrac edilib. İxrac olunan siqaretlərin böyük əksəriyyəti Gürcüstana (1,9 milyard ədəd) və Rusiyaya (252,4 milyon ədəd) göndərilib.
Qeyd edək ki, ötən il Azərbaycanda “Azneft”dən sonra ən çox vergi ödəyən şirkət siqaret istehsalı ilə məşğul olan “Tabaterra” MMC olub. Millət vəkili Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşirin rəhbərlik etdiyi bu şirkət ötən il dövlət büdcəsinə 689,3 milyon manat vergi ödəyib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top