“Naxçıvandan gələnlərin gömrükdən keçidinə süni maneə yaradılır” – Video


Avtobusla Naxçıvandan Bakıya gələn bir qrup şəxs Biləsuvar gömrük postunda problemlə üzləşdiklərini bildiriblər.
Yeniavaz.com
xəbər verir ki, Baku.ws sözügedən şəxslərdən birinin həmin ərazidə lentə aldığı kadrları yayıb.
Həmin şəxs bildirir ki, onlar səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda qalıblar.
“Saat 04:27-dən buradayıq. Naxçıvandan gələn vətəndaşların gömrükdən keçidinə süni şəkildə maneə yaradılır. Heç bir məmur açıqlama vermir. Keçidimizə icazə verilmir. Xəstələr, uşaqlar var. İnsanlar əziyyət çəkir. Lakin hər hansı məlumat verilmir, səbəbini bilmirik”.
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top