
“Biz sülh istəyirik. Ukraynanın nəfəsini dərib müharibəni davam etdirməyə hazırlaşması üçün müvəqqəti atəşkəs istəmirik”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Əgər ukraynalılarda razılaşmanı müvəqqəti, nəticəsiz qərarlarla əvəzləmək istəyi yaranarsa və bu üstünlük təşkil etməyə başlayarsa, o zaman bizim belə bir prosesdə iştirak etməyə hazır olub-olmadığımız şübhə altına düşər”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 15-də Almaniya kansleri Fridrix Mertsin Milad və Yeni il bayramları üçün atəşkəs təklif etdiyini açıqlayıb.
“Amerika Birləşmiş Ştatları bu təklifi dəstəkləyir. Prezident olaraq, mən də bu ideyanı mütləq dəstəkləyirəm”, - deyə Zelenski bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz