ABŞ 2026-cı ilin əvvəlində daha bir “şatdaun” ilə üzləşə bilər

abş-də “şatdaun” başa çatdı
Senatorlar “Obamacare” kimi tanınan əlverişli səhiyyə proqramı üçün subsidiyaların uzadılmasına dair razılığa gələ bilmədiklərindən Birləşmiş Ştatlar 2026-cı ilin əvvəlində daha bir “şatdaun”la üzləşə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.
Qəzetin məlumatına görə, demokratlar və respublikaçılar arasında bu məsələ ilə bağlı danışıqlar nəticəsiz qalıb, hakim partiyadan olan senatorlar subsidiyaların uzadılmasına mane olublar. Buna görə də, Demokratlar federal səhiyyə xərclərinə güzəştə getmələri üçün rəqiblərinə təzyiq göstərmək məqsədilə “şatdaun” təhlükəsindən istifadə etməyi düşünürlər.
Anonim olaraq məlumat verən demokrat senator nəşrə bildirib ki, əgər respublikaçıları yanvarın sonuna qədər güzəştə getməyə inandırmasalar, hökumətin daha bir bağlanması ehtimalı var.
Bundan başqa, adının açıqlanmasını istəməyən demokratın portala verdiyi məlumata görə, onun partiya yoldaşları ABŞ Prezidenti Donald Tramp tərəfindən Venesuelaya irimiqyaslı zərbələr endirmək əmri veriləcəyi təqdirdə, hökumət maliyyələşdirmə məsələsindən ona qarşı təsir vasitəsi kimi istifadə edə bilər.
Xatırladaq ki, noyabrın 12-də axşam saatlarında Tramp federal hökumətin maliyyələşdirilməsinin 2026-cı il yanvarın 30-dək uzadılması haqqında qanunu imzalayıb. Beləliklə, ABŞ tarixində rekord qıran “şatdaun” 43-cü günündə başa çatıb.
ABŞ federal hökumətinin qismən bağlanması maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısı başlayıb, çünki Konqresdəki hakim Respublikaçı və müxalif Demokratik partiyaların üzvləri səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top