
“Aİ liderləri Ukraynaya təlim missiyası göndərmək istəyirlər, lakin Macarıstan bu qırmızı xəttin keçilməsinə icazə verməyəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Brüsseldə Aİ Xarici İşlər Nazirlərinin toplantısında iştirak edən Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
"Brüssel Aİ-nin hərbi təlim missiyasının Ukraynaya göndərilməsini istəyir. Bu, qırmızı xəttdir və Macarıstan heç bir şəraitdə onu keçməyə icazə verməyəcək. Bu, sadəcə olaraq, təsəvvür edilə bilməyəcək bir eskalasiya riski daşıyır və Macarıstanı və Macarıstan xalqını ciddi təhlükə qarşısında qoyacaq", - nazir deyib.
Tətbiqimizi yükləyə bilərsiniz