
“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqası tarixində məhsuldar ötürmələrin sayına görə üçüncü yerə yüksəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Premyer Liqanın 16-cı turunda “Brayton”la matçda misirli 26-cı dəqiqədə əvəzetmə ilə meydana daxil olub və 60-cı dəqiqədə hücumçu Huqo Ekitikeyə məhsuldar ötürmə edib. Matç “qırmızılar”ın 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Salah Premyer Liqada məhsuldar ötürmələrinin sayını 280-ə çatdıraraq Frenk Lempardın (279) göstəricisini geridə qoyub.
İndi məhsuldar ötürmələrin sayına görə, yalnız Ueyn Runi (311) və Alan Şirer (324) ondan daha yüksək göstəricilərə malikdir.
Qeyd edək ki, misirli futbolçu bu mövsüm “Liverpul”da bütün turnirlərdə 20 oyun keçirib, beş qol vurub və dörd məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz