
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) milli futbol assosiasiyasında yaranmış qalmaqala görə Argentina millisini 2026-cı il dünya çempionatından kənarlaşdıra bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.
Çərşənbə günü Argentina Futbol Assosiasiyasının rəhbəri Klaudio Tapiyanın işi ilə bağlı yeni axtarışlar aparılıb. Bu, təkcə Argentina futbolunun yüksək vəzifəli şəxsi deyil, həm də onun etibarlı adamı Pablo Toviqinyo və təşkilatın xəzinədarının müavini Luciano Nakislə bağlı araşdırmanın bir hissəsi olub. Bu məmurlar xeyli sərvət toplamaqda şübhəli bilinirlər.
Məhkəmə Pilar şəhərində mülkə sahiblik məsələsini araşdırır. Mülkiyyətə 10 hektar torpaq sahəsi, helikopter meydançası, at ferması və 50-dən çox retro avtomobil daxildir.
Nəşr hesab edir ki, hökumətin milli federasiyaların işlərinə müdaxiləsini bəyənməyən FİFA Argentina yığmasını növbəti dünya çempionatından kənarlaşdıra bilər. Qəzet iddia edir ki, məhkəmə sistemi bu şəxslərin təqsirli və ya günahsız olduğunu, tutduqları mövqeləri qoruyub saxlamağa layiq olub-olmadıqlarını tez bir zamanda müəyyən etməlidir, yoxsa uzaqlaşdırılmalıdır.
Tətbiqimizi yükləyə bilərsiniz