“İstənilən formatda danışıqları qəbul etməyə hazırıq” − Ərdoğan


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə Ankaranın Ukrayna üzrə istənilən formatda danışıqları qəbul etməyə hazır olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi Rusiya prezidenti ilə Türkmənistanda keçirdiyi görüşün yekunlarına dair məlumat yayıb.
“Prezidentimiz bəyan edib ki, Ukrayna-Rusiya müharibəsinin ədalətli və davamlı sülhlə başa çatması üçün səylər böyük əhəmiyyət kəsb edir. O, hər iki tərəf üçün praktiki əhəmiyyət kəsb edən sahələrdə irəliləyişə nail oluna biləcəyinə inanır. O, həmçinin bildirib ki, məhdud atəşkəs, enerji obyektlərinə və limanlara zərbələrin məhdudlaşdırılması faydalı ola bilər”, - ofisin bəyanatında deyilir.
Türkiyə lideri həmçinin qeyd edib ki, ölkəsi münaqişəyə son qoymağa yönəlmiş danışıqlar prosesini yaxından izləyir və bəyan edib ki, bu prosesin bir hissəsi olaraq Türkiyə bütün formatlarda danışıqları qəbul edə bilər.
 

DİGƏR XƏBƏRLƏR

Top