“Real Madrid” Vinisiusa ultimatum verdi


“Real Madrid” braziliyalı hücumçu Vinisius Juniora yeni müqavilə imzalamaq üçün ultimatum verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Madrid Zone” məlumat yayıb.
Bildirilib ki, oyunçunun nümayəndələrinə təklif olunan şərtlərdə heç bir irəliləyiş olmayacağı bildirilib:
“Oyunçu təklifləri qəbul edib yeni müqavilə imzalamasa, onun transfer hüquqları növbəti yay transfer pəncərəsi ərzində satılacaq”.
Qeyd edək ki, Vinisius Juniorun “Kral Klubu” ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. O bu mövsüm 28 matçda meydana çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.
“Transfermarkt” onun transfer dəyərini 150 milyon avro olaraq qiymətləndirir.

DİGƏR XƏBƏRLƏR

Top