
Qazaxıstan dekabr ayında Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) boru kəməri sistemindən Aktau limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə 58 min ton neft nəql edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə dövlətə məxsus “Kaztransoil” şirkəti məlumat yayıb.
Bildirilib ki, bu qərar noyabrın 29-da Novorossiysk limanı yaxınlığında CPC-nin dəniz infrastruktur obyektlərinə edilən dron hücumu ilə əlaqədar verilib. Dron hücumu neft tədarükünün dayandırılmasına səbəb olub.
Bundan əlavə, 2025-ci ilin dekabr ayına qədər “Kaztransoil” neft hasil edən şirkətləri müvəqqəti neft saxlama yerləri ilə təmin edəcək.
Şirkət izah edir ki, daşımalar beynəlxalq tərəfdaşlar və yük ekspeditorları ilə razılaşdırılıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz