Su Ehtiyatları Agentliyi bu şirkətə 75 milyon manat ödəyəcək


Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti ümumi dəyəri 75 milyon 47 min 4 manat 26 qəpik olan tender müsabiqəsinə yekun vurub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsi Aşağı Muğan kanalının yenidən qurulmasının I mərhələsi ilə bağlıdır.
Qeyd edək ki, müsabiqənin qalibi "Euroline" QSC (VÖEN – 3000031181) olub.
Məlumat üçün bildirək ki, uzunluğu 65,7 km olan Aşağı Muğan kanalı 1960-cı ildən istismar olunur. Saatlı və Sabirabad rayonlarının ərzilərindən keçən kanalın suyu Araz çayından götürülür.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top