Azərbaycan əhalisi xərclərinin yarıdan çoxunu yeyib-içməyə sərf edir


Bu ilin ilk 10 ayı ərzində Azərbaycanda əhalinin bir nəfəri orta hesabla ayda 519,9 manatlıq, o cümlədən 283,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 236,4 manatlıq qeyri-ərzaq malları alıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin bir nəfərinin xərclədiyi aylıq vəsaitin məbləği 39,9 manat artıb.
Belə ki, ötən ilin ilk 10 ayında əhalinin bir nəfəri orta hesabla ayda 480 manat xərcləyib.
Qeyd edək ki, ötən ilin ilk 10 ayında xərclənən vəsaitin 54,8%-i (263,2 manat) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşürdüsə, bu ilin ilk 10 ayında xərclənən vəsaitin 54,5%-i (283,5 manat) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşüb.
Onu da bildirək ki, bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571,3 milyon manatlıq, o cümlədən 31 milyard 937,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 634,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top