
“Opta” superkompüteri ümumi mərhələnin 6-cı turundan sonra Çempionlar Liqasının 2025/26 mövsümünün favoritlərini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, siyahıda ilk yeri İngiltərənin “Arsenal” klubu tutub.
“Opta” “Topçular”ın şansını 22,5% qiymətləndirib.
Superkompüterin Çempionlar Liqası tituluna əsas namizədlərini təqdim edirik:
1. “Arsenal” (İngiltərə) – 22,5%.
2. “Bavariya” (Almaniya) - 18,59%.
3. “Pari Sen-Jermen” (Fransa) - 13,56%.
4. “Mançester Siti” (İngiltərə) – 10,53%.
5. “Barselona” (İspaniya) - 6,66%.
Qeyd edək ki, altı oyundan sonra Çempionlar Liqasının ümumi turnir cədvəlinə 18 xalla “Arsenal” başçılıq edir. “Bavariya” 15 xalla ikinci, “Paris Sen-Jermen" isə 13 xalla üçüncü yerdədir.
Tətbiqimizi yükləyə bilərsiniz