COP-dan qalan inventarlara görə anbar icarəyə götürülüb – 1 milyon manata


Dövlət Ehtiyatları Agentliyi “Cargo.az” MMC (VÖEN – 1501872711) şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, müqavilə COP29-da istifadə olunan aktivlərin və inventarların anbarda saxlanılması üçün anbar sahəsinin icarəyə götürülməsi ilə bağlıdır.
Dövlət Ehtiyatları Agentliyi “Cargo.az” MMC-yə bir il müddətində icarəyə götürüləcək anbar üçün 1 milyon 33 min 609 manat 20 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “Cargo.az” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nərimanov rayonu, Koroğlu Rəhimov, ev 17, m. 34-də yerləşən MMC-nin qanuni təmsilçisi Zeynalova Sevda Mustafa qızıdır.

DİGƏR XƏBƏRLƏR

Top