
Gürcüstan parlamenti “Görüşlər və nümayişlər haqqında” qanuna, iştirakçıların sayı az olarsa, etirazçılara yolları və piyadaların keçdiyi əraziləri bağlamağı qadağan edən düzəlişlər qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə parlamentin Hüquq məsələləri üzrə komitəsinin sədri Arçil Qorduladze məlumat yayıb.
“Polis bu qaydaların pozulmasına görə müvafiq inzibati tədbirlər görəcək”, - Qorduladze parlament üzvlərinə bildirib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə düzəlişləri şərh edərkən onları zəruri adlandırıb. O bildirib ki, 50 və ya 150 nəfərin etiraz aksiyasında iştirak etməsinin bütün ölkəyə narahatlıq yaratması yolverilməzdir.
Qeyd edək ki, artıq bir ildən çoxdur ki, Tbilisinin Rustaveli prospektində parlament binası qarşısında hər gün müxalifətin hökumətin istefası və yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə kiçik miqyaslı etiraz aksiyaları keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz