
2025-ci ilin noyabr ayı üçün dünya avtomobil bazarının ilk 10-luğu açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə qlobal reytinq siyahısını “Avtostat” analitik agentliyi təqdim edib.
Siyahıya görə, 2 milyon 230 min avtomobillə Çin dünya bazarına başçılıq edir. İkinci yerdə 1 milyon 260 min avtomobillə ABŞ qərarlaşır. İlk üçlüyü isə 417 min 500 avtomobillə Hindistan tamamlayır.
İlk onluğa həmçinin aşağıdakı ölkələr daxildir:
- Yaponiya - 369 min 700;
- Almaniya - 250 min 700;
- Braziliya - 182 min 100;
- Böyük Britaniya - 151 min 200;
- Meksika - 148 min 400;
- Cənubi Koreya - 145 min 900;
- Kanada - 142 min ədəd.
Tətbiqimizi yükləyə bilərsiniz